Polşanın “Legiya” klubu Çempionlar Liqasından uzaqlaşdırılıb.
İdmanxeber.com-un məlumatına görə, polyakların qitənin ən nüfuzlu klub turnirindən kənarlaşdırılmasının səbəbi “Seltik”lə oyunda cəzalı futbolçu oynatmaları olub. UEFA məhz qaydalara riayət etməyən Varşava klubunu ÇL-dən uzaqlaşdırıb və iki oyunun cəmində rəqibinə 1:6 hesabı ilə məğlub olan Şotlandiya nəhəngi adını pley-offa yazdırıb.