İngiltərənin “Mançester Siti” klubu UEFA tərəfindən sərt cəzalandırılıb.
İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” iki illik avrokuboklardan kənarlaşdırılıb.
Buna klubun maliyyə feyr-pley qaydalarını pozması səbəb olub. Belə ki, Mançester təmsilçisi 2012-2016-cı il arasında sənədlərdə sponsorluq və digər gəlirlərini şişirdilmiş dərəcədə çox göstərib. Buna görə də FFP qaydalarını pozduğu üçün cəzalanıb
Cəzanın 2020/2021 və 2021/20222 mövsümlərini əhatə etdiyi bildirilib.
Klub əlavə olaraq 30 milyon avro məbləğində cərimələnib.