UEFA “Sumqayıt” klubunu cərimələyib.
İdmanxeber.az-ın məlumatına görə, buna səbəb Konfrans Liqası II təsnifat mərhələsi çərçivəsində keçirilən “Fehervar” görüşündə baş verənlər olub. “Sumqayıt” azarkeşlərinin həmin matçda meydana yad əşyalar atması səbəbindən klub 5 250 avro ziyana düşüb.
Xatırladaq ki, “Fehervar” Sumqayıtdakı oyunda rəqibini 2:1 hesabı ilə məğlub etmişdi. Macarıstandakı qarşılaşma isə qolsuz bərabərliklə sona çatıb.