UEFA İcraiyyə Komitəsinin bugün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.
Qrumun yeni qərarına əsasən, ölkə kubokunun finalçısı olan komanda Avropa Liqasında iştirak edə bilməyəcək. Onu ölkə çempionatının 4 yerini tutan komanda əvəzləyəcək.
Bu dəyişiklik 2015/2016 mövsümündən tətbiq olunacaq.