UEFA Ermənistan Futbol Federasiyasına qarşı intizam işi açıb.
İdmanxeber.az-ın məlumatına görə, buna AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində İrəvanda reallaşan Ermənistan – Xorvatiya oyununda baş verən hadisələr səbəb olub.
Qurum stadionda ictimai keçidlərin bağlanmasında, qarşılaşma ərzində siyasi və təxribat xarakterli mesajların verilməsində ittiham edilir.
Qeyd edək ki, ermənilər sözügedən qarşılaşmada dronla qondarma rejimin “bayrağı”nı qaldırıblar. Oyun Xorvatiya millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.