Kateqoriyasız

UEFA göndərdi, AFFA “Qarabağ”a köçürdü

UEFA “Qarabağ”a vəsait ayırıb.

İdmanxeber.as AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA Avropa Konfrans Liqası turnirinin qrup mərhələsinin son 3 oyununda əldə olunmuş 1 qələbə və 1 heç-heçəyə görə Ağdam təmsilçisi UEFA tərəfindən 666 min avro, turnirin qrup mərhələsini ikinci pillədə başa vuraraq play-off mərhələsinə vəsiqə qazandığı üçün 325 min avro və əlavə bonus olaraq 187 min 200 avro maliyyə vəsaiti ayrılıb.

Ümumilikdə, UEFA tərəfindən “Qarabağ” FK-ya ayrılmış 1 milyon 178 min 200  avro vəsait AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43