UEFA Avropa çempionatında iştirak edən Gürcüstan Futbol Federasiyasını 46 min avro cərimələyib.
İdmanxeber.az-ın məlumatına görə, buna səbəb azarkeşlərin qrup mərhələsi oyunlarında pirotexniki vasitələrdən istifadə etməsi və iğtişaşlar törətməsi olub.
Gürcüstan millisi 2024-cü il Avropa çempionatının 1/8 finalında İspaniyaya məğlub olub (1:4). Milli komanda tarixində ilk dəfə olaraq Avropa çempionatının final mərhələsində iştirak edib və qrupdan çıxıb.