22 Oktyabr 2024
Kateqoriyasız

UEFA İsraildəki oyunu Məsiyevə tapşırdı

Azərbaycanll FİFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində noyabrın 3-də keçiriləcək “Hapoel Beer-Sheva” (İsrail) – “Avstriya” (Vyana, Avstriya) qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Fərid Hacıyev olacaq.

Qeyd edək ki, bundan əvvəl Əliyar Ağayev Çempionlar Liqasının qrup mərhələsinin  “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) oyununa təyinat alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43