Ölkə futbolu

UEFA klublarımıza maliyyə vəsaiti ayırdı

UEFA tərəfindən müxtəlif təyinatlar üzrə ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

İdmanxeber.com-un məlumatına görə, bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, “Avro-2016”nın seçmə mərhələsində milli komandada futbolçusunun iştirakına görə aşağıda adları qeyd edilən komandalara pul ayrılıb:

AZAL – 4,606.48 avro

“Xəzər Lənkəran” –  120,583.68

“İnter” – 112,713.07

“Kəpəz” – 16,632.23

“Neftçi” – 128,899.79

“Qarabağ” – 307,796.22

“Qəbələ” – 152,806.87

“Sumqayıt” – 24,948.34

“Zirə” – 8,316.12

“Avro-2016”nın final mərhələsində milli komandada futbolçusunun iştirakına görə “Qarabağ”a daha 57,849.45 avro ayrılıb.

MALİYYƏ FAİR PLAY-İ ÜZRƏ VƏSAİT

UEFA Avropa Liqası turinirinin qrup mərhələsində çıxış edən klublar

“Qarabağ” – 104,080.00

“Qəbələ” – 104,080.00

UEFA Avropa Liqası turnirinin təsnifat mərhələsində çıxış edən klublar

“Neftçi” – 11,750.00

“İnter” – 11,750.00

UŞAQ FUTBOLU İLƏ BAĞLI AYRILMIŞ VƏSAİT

“Zirə” – 51,104.00

“İnter” – 51,104.00

“Sumqayıt” – 51,104.00

AZAL – 51,104.00

“Neftçi” – 51,104.00

“Kəpəz” – 51,104.00

“Rəvan” – 51,104.00

“Xəzər Lənkəran” – 51,104.00

Məlumatda qeyd edilib ki, “Kəpəz” klubu üçün nəzərdə tutulmuş vəsait  klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.

“Xəzər Lənkəran” klubunun AFFA, PFL, FİFA və UEFA qarşısında yerinə yetirilməmiş maliyyə öhdəlikləri olduğu üçün UEFA-nın ayırdığı vəsaitdən AFFA-ya və PFL-ə olan borclar əvəzləşdiriləcək, yerdə qalan məbləğin təyinatı üçün AFFA tərəfindən FIFA və UEFA-ya müvafiq müraciət ünvanlanacaq. Hər iki beynəlxalq futbol qurumunun tövsiyələri əsasında qeyd olunan maliyyə vəsaiti ilə bağlı qərar qəbul olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43