Dünyadan

UEFA klubların reytinq cədvəlini açıqladı: “Qarabağ” 27 pillə irəlilədi

UEFA bu gün klubların reytinq siyahısını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə,  Avropa Liqasının qrup mərhələsinin ilk oyununda  1 xal qazanan “Qarabağ” 27 pillə irəliləyərək 199-cu yerdə qərarlaşıb.

Klublarımızdan ən yaxşı nəticə "Neftçi"yə məxsusdur 172-yer. Bundan başqa klublarımızın avrokuboklardakı mövqeyi aşağıdakı kimidir:

172. “Neftçi” (-2)

199. “Qarabağ” (+27)

271. “İnter” (-3)

300. “Xəzər Lənkəran” (+2)

347. “Bakı” (+1)

371. “Qəbələ” (+1)

372. AZAL (+2)

Ölkələrin reytinqində isə Azərbaycan əvvəlkitək 30-cu pillədədir.

<span helvetica,="" sans-serif;font-size:14px;line-height:normal;background-color:#ffffff;"="">Siyahıya Madridin “Real” başçılıq edir. “Barselona” ikinci, “Bavariya” isə üçüncü pillədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43