İdmanxeber.az-ın məlumatına görə, UEFA sonradan fikrini dəyişib. Matça italiyalı Simone Sozza və köməkçiləri təyin edilib. Buna səbəb tərəflər arasında ilk qarşılaşmada yaşananlar olub.
Belə ki, “Valyur”un meydanında keçirilən ilk oyunda (2:2) ciddi qalmaqal yaşanıb və görüşün niderlandlı referisi Tim Marşalla azarkeşlər hücum çəkib. Bu səbəbdən də UEFA tərəflər arasında cavab matçına daha təcrübəli hakim olan Simone Sozzanı təyin edib.