“Aktobe” ilə Avroliqanın pley-off mərhələsində keçirilən matçda “Legiya” azarkeşlərinin açdığı banner kluba baha başa gəlib.
İdmanxeber.com-un məlumatına görə, UEFA polşalı fanatların qurumu təhqir edən donuz banneri açmasına görə, “Legiya”nı 80 min avro cərimələyib.
Xatırladaq ki, “Legiya” fanatlarının bu banneri açmasına səbəb “Seltik”lə ÇL matçında qazanılan nəticələrin ləğvi və komandanın Avroliqaya düşməsi olub.