Ölkə futbolu

UEFA Millətlər Liqası: Azərbaycanın rəqibi bu tarixdə bəlli olur

UEFA Millətlər Liqası turnirinin 2024/2025-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, C Liqasının 2-ci səbətində qərarlaşan Azərbaycan yığmasının potensial rəqibləri də məlumdur.

Yığmamız 1-ci səbətdən Rumıniya, İsveç, Ermənistan, Lüksemburq, 3-cü səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr, 4-cü səbətdən isə Belarus, Estoniya, Latviya, Litva/Cəbəllütariq cütünün qalibi olacaq komandalardan formalaşacaq qrupda yer alacaq.

Mərasim Fransanın paytaxtı Parisdə keçiriləcək. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C liqasının, 1-ci səbətində yer alan Ermənistan millimizə rəqib ola bilməz.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43