Kateqoriyasız

UEFA-nın baş katibi “Qarabağ”a təşəkkür etdi

UEFA-nın baş katibi Corco Marketti “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə Bakıdakı matçda etdiyi feyr-pley jesti haqqında danışıb. 

İdmanxeber.az-ın məlumatına görə, o, turnirin  1/8 final mərhələsinin püşkatma mərasimi zamanı Azərbaycan təmsilçisinə təşəkkürünü bildirib: “Adətən fantastik qolları qeyd edirik, onların sevincini yaşayırıq. Amma indi başqa məsələyə diqqəti yönəltmək istərdim. Dünən “Qarabağ” klubu tərəfindən idman jesti gördük. Baş hakim “Marsel”in qapısına əllə vurulan qolu saysa da, “Qarabağ” jest edərək, bunun ləğvini istədi. “Qarabağ”a müraciət edərək demək istəyirəm ki, sizin bu turnirdəki performansınız əla idi. Amma feyr-pley jestiniz ondan da yaxşı idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43