19 Fevral 2025
Kateqoriyasız

UEFA-nın gözü “Çixura” – “Neftçi” matçında olacaq

İyulun 7-də keçiriləcək “Çixura” – “Neftçi” matçında polislər gücləndirilmiş iş rejiminə keçəcəklər.

İdmanxeber.com-un məlumatına görə, Bakıda baş tutmuiş ilk oyunda “Çixura” azarkeşlərinin təxribatcıl hərəkətlərinin ardından eyni şeyin cavab matçında da yaşanacağından ehtiyat edən Gürcüstan Futbol Federasiyası “Neftçi”nin təhlükəsizliyinə təminat verib. Bundan əlavə ora gedəcək jurnalistlərin, azarkeşlərin də hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə qorunacağı bildirilir.

Qeyd edək ki, “Çixura” Avroliqanın II təsnifat mərhələsinin cavab görüşündə azarkeşlərin və jurnalistlərin türklərə qarşı etdiyi tərbiyəsizliyinə görə, 15 min avro cərimələnmişdi. Eyni hal bu dəfə də yaşansa UEFA daha ciddi addımlar atacaq.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43