Dünya futbolu

UEFA-nın Komitə sədri “Qarabağ”ın oyununda

UEFA-nın Klub Yarışlarının Təşkili Komitəsinin sədri Mixael Heselşverdt Bakıya gəlib.

İdmanxeber.az-ın məlumatına görə, o, Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda bu gün “Qarabağ”ın  “Sportinq”lə keçiriləcək oyununu izləyəcək. Bu barədə Ağdam klubunun rəsmi Feysbuk səhifəsində paylaşım olunub.

Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:55-də başlanacaq.

Qeyd edək ki, Mixael Heselşverdt avrokubokların püşkatmasını həyata keçirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43