Ölkə futbolu

UEFA-nın qərarı “Qalatasaray”ın Xocalı soyqırımını anması üçün mane oldu

Bir müddət öncə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası katibliyinin əməkdaşları Xocalı soyqırımının dünyada tanıdılması üçün maraqlı aksiyaya start verdiklərini bəyan ediblər. Belə ki, qurum katibliyinin əməkdaşları UEFA-ya, habelə “Qalatasaray” və “Çelsi”yə müraciət edərək, 2014-cü il fevralın 26-da bu komandaların İstanbulda UEFA Çempionlar Liqası çərçivəsində baş tutacaq oyununda Xocalı soyqırımı qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsini və oyunçuların qollarına qara lent bağlayaraq, meydançaya çıxmaları təklifini irəli sürüblər.

İdmanxeber.com-un məlumatına görə, bu istək baş tutmayacaq. UEFA bu kimi məsələləri yasaq edib və bunun böyük cəriməsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43