Dünya futbolu

UEFA paytaxt klubuna 50 min avro cəza kəsdi

UEFA Rusiyanın ÇSKA klubunu cəzalandırıb.

İdmanxeber.com-un məlumatına görə, paytaxt təmsilçisi avrokuboklarda daha bir ev oyununu azarkeşsiz keçirəcək. Bundan əlavə, klub 50 min  avro cərimə də edilib.

UEFA-nın sərt tədbirə əl atmasına səbəb ÇSKA azarkeşlərinin Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində  Çexiya “Viktoriya”sı ilə oyunda irqçi şüarlar səsləndirməsi olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43