UEFA prezidenti Aleksander Ceferin “Qalatasaray”ın dəvətini qəbul etməyib.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu derbini izləmək üçün qurum rəhbərini matça çağırmışdı. Ancaq Ceferin işlərinin çox olması səbəbindən bu təklifi geri çevirib.
Xatırladaq ki, fevralın 24-də baş tutacaq görüşü əcnəbi hakim Slavko Vinçiç idarə edəcək. Oyun saat 21:00-da başlayacaq.