Kateqoriyasız

UEFA “Qəbələ”nin iştirak edəcəyi turniri ləğv etdi

UEFA Gənclər Liqasında 2020/2021 mövsümü ləğv olunub.

Xarici KİV yazır ki, qitənin al futbol qurumu koronavirus pandemiyası səbəbindən bu addımı atıb.

UEFA İcraiyyə Komitəsindən turnirin iştirakçılarına göndərilən məktubda bildirilib ki, Avropadakı epidemioloji vəziyyətin əlverişsiz inkişafı turnir iştirakçıları üçün maddi-texniki cəhətdən çətinlik yaradır.

Bu mövsüm Azərbaycanı Gənclər Liqasında “Qəbələ” təmsil etməli idi. Əyalət təmsilçisi martın 4-də 1/32 fnal mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşmalı idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43