FİFA “Qalatasaray”a ağır cəza verə bilər.
İdmanxeber.com-un məlumatına görə, Çempionlar Liqası çərçivəsində keçirilən “Borussiya” – “Qalatasaray” matçı 2 dəfə dayandırılıb. İlk dayanma 52-ci dəqiqədə baş verib. “Cim-bom”lu azarkeşlər meydana məşəl atması səbəbindən hakim matçı dayandırıb. Yalnız Səlçuk İnan və Felipe Melonun azarkeşləri sakitləşdirməsindən sonra görüş davam edib. İkinci dəfə isə “Borussiya”lı azarkeşlər tribunada məşəl yandırıb, “sarı qırmızı”lı fanatların üstünə atıb. Yenidən 87-ci dəqiqədə oyun dayandırılıb. Və bir müddətdən sonra oyun davam edib. “Qalatasaray”lı azarkeşlərin meydana məşəl atması səbəbindən FİFA-nın komandanı ciddi cəzalandıracağı gözlənilir.
Xatırladaq ki, “Qalatasaray”lı tərəftarlar bundan öncə “Arsenal”la matçda da meydana məşəl atmış və klub 50 min avro pul cəzası almışdı.