Çempionlar Liqasında Türkiyəni təmsil edən "Qalatasaray" UEFA tərəfindən cəza alıb.
ÇL-in qrup oyununda "Cim-Bom"un səfərdə "Kopenhagen"ə məğlub olduğu matçda azarkeşlər Danimarkada xuliqanlıq etmişdilər. Qurum azarkeşlərin bu oyundakı xuliqanlığına görə, "Qalatasaray"ı 100 min avro cərimələyib.