22 Sentyabr 2023
Ölkə futbolu

UEFA “Qarabağ”, “Neftçi” və “Sabah”a bu qədər pul ödədi

2023/2024-cü illər mövsümündə UEFA Çempionlar Liqası, Avropa Liqası və UEFA Avropa Konfrans Liqasında iştirak edən klublar üçün UEFA tərəfindən ayrılmış pul vəsaiti müvafiq klubların hesabına köçürülüb.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Ən çox gəlir əldə edən klub “Qarabağ” olub:

“Qarabağ”a 5 milyon 876 min, “Neftçi” və “Sabah”a isə 650 min avro ödənilib.

Vəsaitlər AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43