Kateqoriyasız

UEFA “Qarabağ” – “Şerif” matçının hakimlərini dəyişdirdi

Çempionlar Liqasının 2-ci təsnifat məhələsində keçiriləcək  “Qarabağ” – “Şerif” (Moldova) matçının hakimləri dəyişdirilib.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Görüşü baş hakimi Mikola Balakin, yan xətt hakimləri Viktor Matyaş və Sergey Pristup olacaq. Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirəcək.

Xatırladaq ki, bundan əvvəl UEFA görüşün Furkat Atajanov rəhbərlik etdiyi qazaxıstanlı hakimlər briqadası idarə edəcəyini açıqlamışdı.

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” matçı saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43