Kateqoriyasız

UEFA “Qarabağ” və “Neftçi”yə pul ödədi

“Qarabağ” və “Neftçi”nin avrokuboklarda çıxışı ilə əlaqədar UEFA-dan maliyyə vəsaiti daxil olub.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

“Qarabağ”a UEFA Çempionlar Liqasında iştirak üçün 1 140 000 avro, əlavə səyahət xərclərindən ötrü 80 000 avro ödənilib.

“Neftçi” isə Avropa Liqasının təsnifat mərhələsində iştirakı qarşılığında 260 000 avro əldə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Əliyev rəsmən “Neftçi”də! – Video

admin

“Zirə”nin futbolçusunu dilənçilər soydu

admin

Milli Farer adalarına qarşı

Səxavət Qurbanov