Kateqoriyasız

UEFA “Qarabağ”a 300 min avro ödədi

UEFA Avropa Konfrans Liqasında iştirakla bağlı “Qarabağ” klubuna növbəti maliyyə vəsaiti ayrılıb.

İdmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, turnirin play-off mərhələsində çıxış etdiyi üçün UEFA-nın ayırdığı 300.000 (üç yüz min) avro maliyyə vəsaiti (əlavə bonus) federasiyanın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Fransa təmsilçisi “Marsel”ə məğlub olaraq mübarizəni dayandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43