22 Oktyabr 2024
Kateqoriyasız

UEFA “Qarabağ”a bir milyon avrodan çox ödəniş edib

UEFA növbəti dəfə “Qarabağ” klubuna ödəniş edib.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “köhlən atlar” UEFA Avropa Liqasının qrup mərhələsində qazandığı qələbələrə görə (Performance bonus) 1.294.000 avro alıb.

Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43