Kateqoriyasız

UEFA “Qarabağ”a texniki məğlubiyyət verdi

UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda İspaniyada “Vilyarreal”la “Qarabağ” arasında keçirilməli olan, lakin Ağdam klubunda koronavirusa kütləvi yoluxma səbəbindən təxirə salınan matçla bağlı qərarını açıqlayıb.

İdmanxeber.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisinə texniki məğlubiyyət verilib.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran La Liqa təmsilçisi zirvədə qalıb. “Qarabağ” isə qrup mərhələsini 1 xalla sonuncu pillədə başa vurub.

Qeyd edək ki, görüş dekabrın 10-da oynanılmalı idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43