28 Noyabr 2024
Ölkə futbolu

UEFA “Qarabağ”ı böyük məbləğdə cərimələdi

UEFA avrokuboklardakı oyunlarda baş verənlərə görə “Qarabağ”ı cərimələyib.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” Bolqarıstanda “Ludoqorets”lə görüşdə (2:7) Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında “komandanın düzgün olmayan davranışı”na görə 6000 avro ödəyəcək.

Ağdam təmsilçisi “Dinamo”(Zaqreb) ilə Bakıdakı (0:2) görüşdə isə daha çox ziyana düşüb. Azərbaycan çempionu “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi”nə görə 22500 avro ziyana düşüb. Ümumilikdə “Qarabağ” 28,500 avro cərimələnib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43