UEFA-nın “Qarabağ”ı böyük məbləğdə cərimələməsinin səbəbi bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisinin azarkeşlərinin avrokubok görüşlərində səsləndirdiyi şüarlar səbəbindən klub cəzalanıb.
Belə ki, fanatların Çempionlar Liqası pley-off mərhələsində “Dinamo” ilə səfər matçında “UEFA mafia” şüarı “Qarabağ”ın böyük məbləğdə cərimələnməsinə səbəb olub.
Xatırladaq ki, Azərbaycan çempionu “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi”nə görə 22500 avro ziyana düşüb.