Kateqoriyasız

UEFA “Qarabağ”ın bu istəyini rədd etdi

Avropa Liqasının qrup mərhələsinin ikinci.turu çərçivəsində təmsilçimiz “Qarabağ” Fransanın “Nant” klubu ilə qarşılaşacaq.

İdmanxeber.az xəbər verir ki, “köhlən atlar” sabah keçiriləcək matçdan öncə cəbhədə şəhid olan həmvətənlərimizlə bağlı 1 dəqiqəlik sükut elan edilməsi ilə bağlı UEFA-ya müraciət edib. Alkin qurum buna “yox” cavabı verib.

Bununla belə, görüşdən öncə azarkeşlərin öz təşəbbüsü ilə arenada 1 dəqiqəlik sükut edəcəyi gözlənilir.

Rəsmi məlumata görə, Azərbaycan-Ermənistan sərhədində sentyabrın 12-si gecə saatlarından başlayan hərbi əməliyyatlarda Azərbaycanın 50 hərbi qulluqçusu şəhid olub.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək “Qarabağ” – “Nant” görüşü saat 20:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43