Kateqoriyasız

UEFA “Qarabağ”ın futbolçusunu fərqləndirdi

UEFA Avropa Konfrans Liqasında çıxış edən klubların 4 futbolçusu fərqləndirilib.

Onların arasında “Qarabağ”ın hücumçusu İbrahima Vadji də var.

Konfrans Liqasının tvitter hesanında “bu həftəsonu sizi ən çox hansı hücumçu təsirləndirib” sualı ünvanlandığı postda Vadji ilə yanaşı, Niderlandın “Alkmaar” klubundan Yesper Karlsson, “Feyenoord”dan Brayan Linssen və Fransanın “Renn” klubundan Marten Terye də yer alıb.

İbrahima Vadji Premyer Liqada “Qarabağ”ın “Sabah”a 5:1 hesabı ilə qalib gəldiyi matçda dubl edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43