Kateqoriyasız

UEFA “Qarabağ”ın iki futbolçusunu seçdi – FOTO

UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun rəmzi komandasını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, ən yaxşılar arasında “Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintana və braziliyalı müdafiəçi Ailton Silva da yer alır. Hər iki futbolçu ötən gecə Bakıda APOEL-lə keçirilən görüşdə (2:2) qol vurub.

Xatırladaq ki, Kintana Avroliqanın 2-ci turunda da rəzmi 11-likdə yer almışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43