20 Oktyabr 2024
Ölkə futbolu

UEFA “Qarabağ”ın məşqçisi və futbolçusunun cəzasını açıqladı

UEFA İntizam Komitəsi “Braqa” ilə matçda qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev və məşqçisi Elçin Rəhmanovla bağlı qərarını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, həm futbolçuya, həm də məşqçiyə 1 oyunluq cəza verilib.

Komandanın hər iki üzvü Avropa Liqasının 1/8 finalında “Bayer”ə (Almaniya) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı tribunadan izləyəcək.

“Qarabağ” – “Bayer 04” görüşü martın 7-də, saat 21:45-də başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43