27 Oktyabr 2024
Dünya futbolu

UEFA “Qarabağ”ın oyununu idarə etmiş hakimi cəzalandırdı

Polşalı baş hakim Bartoş Frankovski UEFA tərəfindən 2025-ci ilə qədər diskvalifikasiya edilib.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb onun həmkarları ilə bərabər içkili vəziyyətdə qeyri-etik davranışları olub. Ədalət təmsilçiləri cari mövsüm  Çempionlar Liqasının III təsnifat mərhələsində “Reyncers” (Şotlandiya) – “Dinamo” (Kiyev, Ukrayna) oyununa VAR hakimləri kimi təyinat alsalar da, etdikləri hərəkətlər üzündən oyuna başqa referilər yollanıb.

Bartoş Frankovski 2019-cu ildə “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində “Dandolk” (İrlandiya) və 2022-ci ildə “Marsel”ə qarşı Konfrans Liqası pley-off mərhələsi cavab qarşılaşmalarını idarə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43