Dünya futbolu

UEFA Qvardiola ilə Mançinini səhv saldı – FOTO

Dünən keçirilən “Mançester Siti” – “Bavariya”  matçının anonsunu yayımlayan Çempionlar Liqasının rəsmi “tvitter” səhifəsi kobud səhvə qol verib.

Belə ki, sözügedən səhifə “Qalatasaray”ın baş məşqçisi Roberto Mançininin şəklini paylaşaraq “Mançester Siti” – “Bavariya” matçı ilə bağlı suallarınızı verə bilərsiniz” yazıb. Az sonra səhvini anlayan səhifə bu “tvit”i silib və  yerinə Qvardiolanın şəkli ilə yeni bir “tvit” yayınlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43