UEFA İntizam Komitəsi “Real”ın futbolçusu Xabi Alonsonun cəzasının ləğv olunması ilə bağlı müraciətinə müsbət reaksiya verməyib.
İdmanxeber.com dailysport-a istinadən xəbər verir ki, UEFA rəsmi saytının verdiyi xəbərə görə, təcrübəli oyunçunun cəzası qüvvədə qalıb. Bununla da, Alonsonun avqustun 12-də UEFA Superkubokunda “Sevilya” ilə matçda iştirak etməyəcəyi dəqiqləşib.
Xabi ötən mövsüm Çempionlar Liqasının finalında “Atletiko” ilə matçda (4:1) “Real”ın ikinci qolundan sonra meydana daxil olduğu üçün bir oyunluq cəzalandırılmışdı.