22 Fevral 2025
Ölkə futbolu

UEFA reytinq cədvəlini açıqladı: “Qarabağ” və “Neftçi” neçəncidi?

Avropa klublarının yeni reytinq cədvəli açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, ölkəmizdən ən yaxşı göstərici “Qarabağ”a aiddir. Ağdam klubu 32.000 xalla 66-cı pillədədir. “Neftçi” isə 8.000 xalla 187-ci, “Zirə” 4.000 xalla 310-cu pillədə qərarlaşıb.

“Sabah” (4.000) 311-ci, “Sumqayıt” (4.000) 315-ci, “Qəbələ” (3.000) 329-cu, “Şamaxı”(2500) 330-cu sıradadır. 

UEFA reytinqinə İspaniyanın “Real” klubu rəhbərlik edir. Xatırladaq ki, Azərbaycan UEFA sıralamasında 28-ci pillədədir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43