UEFA reytinq sıralamasını yeniləyib.
İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” Avropa Liqası liqa mərhələsinin ilk turunda səfərdə “Tottenhem”ə məğlub olması ölkəmizin də mövqeyinə təsir edib. Belə ki, Azərbaycan siyahıda bir pillə geriləyərək, 19, 125 xalla 27-cı sırada qərarlaşıb.
55 ölkənin yer aldığı reytinq siyahısının ilk pilləsində İngiltərə (90.589) qərarlaşıb.