21 Sentyabr 2024
Ölkə futbolu

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

Azərbaycanın UEFA reytinqində əmsalı və mövqeyi dəyişməyib.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer” klubuna Tofiq Bəhramov adına Respublika stadionunda 0:1 hesabı ilə məğlub olmasıdır.

Ölkənin ümumi əmsal 17,875-ə bərabərdir. Hazırda 29-cu pillədə qərarlaşan Azərbaycan reytinqdə Rusiyadan cəmi 0,757 əmsal geri qalır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43