Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb.
İdmanxeber.az-ın məlumatına görə, bu, “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Norveçdə “Molde” ilə heç-heçə (2:2) etməsi sayəsində mümkün olub.
Bu bərabərlik sayəsində ölkə reytinqinə daha 0,500 xal əlavə edilib. Azərbaycan hazırda 18.125 əmsalla 29-cu pillədə qərarlaşıb.