28 Noyabr 2024
Dünya futbolu

UEFA Serbiya klubunu cəzalandırdı

UEFA Serbiyanın “Partizan” klubunu cəzalandırıb.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb ötən mövsüm Belqrad təmsilçisinin Danimarka klubu “Norşellann”a qarşı matçda irqçi şüarların səslənməsi olub. Qurumun qərarına görə,  “Partizan” Çempionlar Liqasının II təsnifat mərhələsində “Dinamo”ya (Kiyev) qarşı oyunu azarkeşsiz keçirəcək.

“Partizan” ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə, cavab görüşünü isə bundan bir həftə sonra evdə keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43