Kateqoriyasız

UEFA “Tottenhem” – “Renn” oyunu ilə bağlı qərar verib

UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda təxirə salınan “Tottenhem” – “Renn” oyunu ilə bağlı qərar verib.

Kütləvi yoluxma səbəbindən oyuna çıxmayan “Tottenhem”ə texniki məğlubiyyət verilib.

UEFA-nın bu qərarından sonra G qrupunda birinci yeri 14 xalla “Renn” tutub. 10 xala malik Niderland “Vitess”i 2-ci olub. Hər iki komanda növbəti mərhələyə yüksəlib. “Tottenhem” (7 xal) və Sloveniya “Mura”sı (3 xal) isə sonrakı pillələri tutduqları üçün qrupda qalıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43