07 Sentyabr 2024
Dünya futbolu

UEFA Ukrayna klubunu Konfrans Liqasından uzaqlaşdırdı

UEFA iflas ərəfəsində olan Ukraynanın “Dnepr-1” klubunu Konfrans Liqasından diskvalifikasiya edib.

İdmanxeber.az-ın məlumatına görə, turnirin 2-ci təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiya”sı ilə qarşılaşmada kluba iki texniki məğlubiyyət verilib.

Bundan əvvəl klub Ukrayna Premyer Liqasından uzaqlaşdırılıb. 2015-ci ildə əsası qoyulan “Dnepr-1” iflas ərəfəsindədir və fəaliyyətini dayandıra bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43