“Real”ın baş məşqçisi Karlo Ançelotti təqvimin sıx olmasından şikayətlənib.
İdmanxeber az-ın məlumatına görə, təcrübəli mütəxəssis UEFA və FİFA-nı tənqid edib. O, oyunçuların çox yorulduğunu bildirib:
“Təşkilatçılar bu işin önəmli parçasıdır. Ancaq bəzi şeylərə diqqət edilməlidir. Federasiya, UEFA, FİFA hər kəsə özünü düşünür. Belə olmaz. Bu, doğru deyil. Həddindən artıq çox matç oynayırıq. Futbolçular üçün heç də asan olmur”.
“Real” hazırda 62 xalla La Liqada ikinci pillədə qərarlaşıb.