Aleksander Çeferin 2027-ci ilə qədər yenidən UEFA prezidenti seçilib
İdmanxeber.az-ın məlumatına görə, Lissabonda keçirilən mərasimdə 55 yaşlı sloveniyalı 2023-2027-ci illərdə UEFA-nı idarə etmək mandatı alıb.
Bu seçkilərdə yeganə namizəd Aleksandr Çeferin olub. O, iştirakçıların tamamının səsini alıb.
Xatırladaq ki, Çeferin 2016-cı ildən UEFA-nın rəhbəridir.