Kateqoriyasız

UEFA yenilədi, biz yerimizdə qaldıq

UEFA ölkələrin reytinq cədvəlini yeniləyib.

İdmanxeber.az-ın məlumatına görə, Avroliqa və Çempionlar Liqası oyunları sonrası açıqlanan yeni siyahıda Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. 26 cı sırada qərarlaşan ölkəmizin aktivində 18,750 xal var. Bizdən bir pillə yuxarıda yer alan Belarus 18 875, 27-ci Bolqarıstan komandası isə 17 375 xala sahibdir.

Siyahıya İspaniya rəhbərlik edir. Onların aktivində 99 426 xal var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43