Kateqoriyasız

Uesli Sneyder “Mançester Yunayted”in təklifini geri çevirməsininin səbəbini açıqladı

“Qalatasaray”ın yarımmüdafiəçisi Uesli Sneyder “Mançester Yunayted”in təklifini geri çevirməsinin səbəbini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, futbolçu bu fikirləri söyləyib:

“Lui dünya futbolunun ən ağıllı və nüfuzlu insanlarından biridi. “Mançester Yunayted”in yayda mənlə maraqlandığını bilirəm.

Bu, təqdirəlayiq halıydı, ancaq mən Çempionlar Liqasında oynamaqdan imtina edə bilməzdim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43