“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiyanın “Ufa” klubunun hücumçusu Həmid Ağalarovu transfer edəcəklərinə dair yayılan xəbərlərə münasibət bildirib.
İdmanxeber.az xəbər verir ki, o, metaratings.ru saytına açıqlamasında qonşu ölkənin U-21 millisinin üzvünun keçidi ilə bağlı bunları deyib:
“Hazırda məzuniyyətdəyəm. Ona görə də şərh verə bilmərəm. Transfer yoxdur, olsaydı, nəsə deyərdim. Mən çox oyunçu ilə maraqlana bilərəm. Amma siz bilirsiniz ki, transfer yoxdursa, şərh edilməməlidir”.
Dağıstanlı futbolçunun “Sabah”a keçəcəyi ilə bağlı xəbəri “eurostavka.ru” saytı yayıb.