“Nürnberq”də çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli feysbuk səhifəsindən paylaşım edib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu qol vurduğu Almaniya Kubokunun 1/16 final matçı (1:2) çərçivəsində keçirilən oyun barədə açıqlama verib:
“Dünən baş verənlər haqqında çox danışa bilərik. Amma bu, bizi heç yerə aparmır. Final fitinədək hər şey verdik. Uğur qazanmaq üçün çox çalışacağıq. Komandamla fəxr edirəm”.
M.Emreli “Nürnberq” ilə “1+1” illik müqavilə imzalayıb. Forvard II Bundesliqada keçirdikləri son iki qarşılaşmada qol vurub.